manera.az
manera.az

Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar

📅 03.06.2024 08:00

Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar
Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 162 illiyi ilə əlaqədar tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, öncə tədbir iştirakçıları M.Ə.Sabirin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə və digər çıxış edənlər şairin yaradıcılığı və ədəbi mühitə təsiri barədə danışıblar.

Rayon mədəniyyət mərkəzində davam edən tədbirdə AYB-nin Şirvan şöbəsinin şairləri müxtəlif mövzularda yazdıqları yeni şeirlərini səsləndiriblər və mədəniyyət mərkəzinin bədii kollektivləri çıxış ediblər.

Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar
Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar
Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar
Şamaxıda Sabirlə bağlı tədbir keçirildi - Fotolar


Baxış sayı - 342 | Yüklənmə tarixi: 03.06.2024 08:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031