Anım Günü ilə bağlı tədbir keçirilib - Fotolar
27 sentyabr 2024-cü il tarixində Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib.
MANERA.AZ xəbər verir ki, Anım tədbirində məktəbin müəllim və şagird heyəti ilə yanaşı elm adamları, yazarlar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Həsrət açlb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Aərbaycanın Dövlət himni oxunub. Məktəblilər şəhidlərə, şanlı zəfərə həsr olunan şeirlər, kompozisiyalar səsləndiriblər, səhnəciklər göstəriblər.
Tədbirdə Türkiyədən gələn qonaq - Kərkük Kültür Dərnəyinin sədri, şair, tədqiqatçı, dr. Şəmsəddin Kuzəçi çıxış edib. O, Azərbaycanın möhtəşəm qələbəsində şəhidlərin, qazilərin, müharibə iştirakçılarının rolundan bəhs edib, qardaş Türkiyənin bu haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
İqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir şanlı zəfərə nail olunmasında igid oğullarımızın şücaətindən danışıb və “Azərbaycan əsgəri” adlı şeirini tədbir iştirakçıları üçün səsləndirib.
Azərbaycan Dövlət Radiosunun əməkdaşı Arzu Bayramlı bu qələbənin əldə olunmasında dövlət-xalq-ordu birliyindən söz açıb.
Zəngilan rayon Mədəniyyət evinin direktoru Zeynəb Bağırlı çıxışında gənc nəslin bu zəfərin davamçıları olduğunu vurğulayıb.
Məktəbin məzunları və İkinci Qarabağ Müharibəsinin iştirakçıları Kamran Salmanov və Rəfi Rəhimli döyüş xatirələrini danışıblar, gənc nəslə arzularını bildiriblər.
Tədbirin sonunda xatirə şəkli çəkilib.