manera.az
manera.az

Bakıda tanınmış qazax şairin kitabı çapdan çıxıb

Bakıda tanınmış qazax şairin kitabı çapdan çıxıb
Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun şeirlər toplusu Azərbaycanda çap olunub.

MANERA.AZ xəbər verir ki, Azərbaycan və qazax türkcələrində çıxan kitab “Üşüyən küçələr” adlanır.

Məsləhətçisi və “Ön söz” müəllifi Milli Məclisin deputatı Cavanşir Feyziyev olan bu kitab, Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının layihə rəhbərliyi və baş redaktorluğu ilə hazırlanıb.

Qazax şairinin şeirlərini dilimizə Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri olan şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir uyğunlaşıdırb, qazaxcadan sətri çevirmə gənc qazax yazarı Karlıgaş Kabaya aiddir.

Nəfis şəkildə nəşr edilən kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova ilə Füzuli Məcidli, koordinatoru isə Mahmud Kaşqarlı Fondunun məsul əməkdaşı, filoloq-alim Xəyalə Zərrabqızıdır. “Üşüyən küçələri” şairlər – Elşən Əzim və İntiqam Yaşar redaktə edib.

Dəuletkerey Kəpoğlu öz “Üşüyən küçələri”ni bu il oktyabrın 6-da X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “Yaşıl zona”da keçiriləcək “İmza günü”ndə azərbaycanlı oxucular üçün imzalayacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031