manera.az
manera.az

Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü gördü

📅 13.09.2024 16:25

Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü gördü
Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. 1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli Ön söz AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur.

Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır. 220 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Qeyd edək ki, ilk dəfə 1994-cü ildə nəşr olunan tədqiqat Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanmış, yeni fəsillər əlavə edilmişdir.

Xatırladaq ki, “Sənətkarın elmi pasportu - 55” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.


Baxış sayı - 507 | Yüklənmə tarixi: 13.09.2024 16:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930