manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrında “Fiqaronun toyu” olacaq

📅 09.04.2024 13:59

Gənc Tamaşaçılar Teatrında “Fiqaronun toyu” olacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin – “Fiqaronun toyu” tamaşasının məşqləri davam edir.

MANERA.AZ xəbər verir ki, fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı eyniadlı pyes əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov, aktyorlar Manaf Dadaşov, Sənan Kazımov, Bəhram Həsənov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Aydan Həsənzadə, Təhminə Məmmədova və başqaları iştirak edirlər.

Dövrün aristokrasiyasını lağa qoyan əsər əyləncəli, dinamik səhnələri, sevgi intriqaları ilə zəngindir. Qulluqçu Fiqaro evin xadiməsi Süzanna ilə evlənməyə hazırlaşır, lakin onlar üçün ilk baxışdan xeyirxahlıq edən ev sahibi qraf Almavivanın Süzannaya gözü düşüb və elə zifaf gecəsində onu ələ keçirməyə həvəslidir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarla cərəyan edir.

Qeyd edək ki, tamaşanın premyerasının may ayında olacağı planlaşdırılır.

Gənc Tamaşaçılar Teatrında “Fiqaronun toyu” olacaq
Gənc Tamaşaçılar Teatrında “Fiqaronun toyu” olacaq


Baxış sayı - 256 | Yüklənmə tarixi: 09.04.2024 13:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031