manera.az
manera.az

AYB-nin sədri vəfat etdi

📅 16.08.2024 07:35

AYB-nin sədri vəfat etdi

Türk dünyasının görkəmli simalarından biri, Türkiyə və Türk Dünyası əlaqələrinin inkişafında mühüm rol oynamış, Avrasiya Yazarlar Birliyinin sədri Dr. Yakup Ömeroğlu vəfat edib.


Y. Ömeroğlu, Türk mədəniyyəti, dili və ədəbiyyatının geniş yayılması və təbliği istiqamətində apardığı işlərlə tanınan bir şəxsiyyət idi.

Dr. Yakup Ömeroğlu, Avrasiya Yazarlar Birliyinə rəhbərlik etdiyi dövrdə Türk dünyasından yazıçıları bir araya gətirərək, mədəni diplomatiya sahəsində əhəmiyyətli addımlar atmışdı. Onun rəhbərliyi altında Birlik, Türk dünyasının fərqli coğrafiyaları arasında mədəni körpü quraraq, xalqların bir-birini daha yaxşı tanımasını və anlamasını təmin etmişdir.

Ömeroğlunun vəfatı, ailəsi və yaxınlarının yanaşı, bütün Türk dünyası üçün böyük bir itki kimi qiymətləndirilir.

Manera.az olaraq, Dr. Yakup Ömeroğluna Allahdan rəhmət, ailəsinə və bütün Türk dünyasına başsağlığı diləyirik. Məkanı cənnət olsun!..


Baxış sayı - 335 | Yüklənmə tarixi: 16.08.2024 07:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930