manera.az
manera.az

"Tağıyev" filminin premyerası olacaq

📅 11.08.2024 08:09

"Tağıyev" filminin premyerası olacaq
Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb.

MANERA.AZ xəbər verir ki, filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.

“Tağıyev”in tezliklə kinoteatrlarda nümayişi gözlənilir.

Bununla yanaşı, ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.


Baxış sayı - 550 | Yüklənmə tarixi: 11.08.2024 08:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930