manera.az
manera.az

Prezidentdən rektor təyinatı

📅 31.07.2024 15:44

Prezidentdən rektor təyinatı
Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin olunub.

MANERA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq Vilayət Məmməd oğlu Vəliyevi Azərbaycan Texniki Universitetinin rektoru təyin edib.

Qeyd edək ki, Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur.

Qeyd edək ki, Vilayət Vəliyev 2019-cu ilin iyulun 31-də rektor təyin olunub.

Prezidentdən rektor təyinatı


Baxış sayı - 448 | Yüklənmə tarixi: 31.07.2024 15:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031