manera.az
manera.az

Prezident onu BDU-ya rektor təyin etdi - Sərəncam

Prezident onu BDU-ya rektor təyin etdi - Sərəncam
Prezident İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".

Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, artıq Azərbaycanda dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin edilir. Elçin Babayevin 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmiş və səlahiyyət müddəti artıq başa çatmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930