manera.az
manera.az

Darıxanda ürəyimə sığmırsan - Yeni İmza

📅 20.07.2024 16:26

Darıxanda ürəyimə sığmırsan - Yeni İmza
MANERA.AZ "Yeni İmza" layihəsində Gülnar Ümidin şeirlərini təqdim edir.

***
Üzüb ümidlәrimi utanacam yaşımdan,
yığacam gözlәrimi yollarından birtәhәr.
Sonra darıxmağı da әlimin әsasıyla,
çarpayının yanında unudacam hәr sәhәr.

"Başqa"ların içindә başqa kimim var mәnim?
Gәlәnim olmayacaq qapımı da döymәyә.
Yemәyә söz tapmayan ac qalmış qulaqlarım,
fürsәt axtaracaq ilk, gözlәrini döymәyә.

Axtaracam hәr axşam yaddaşımı gözümdә,
yadıma düşmәyәcәk heç nә sәndәn savayı.
Sәhәr oyanacam ki, saatın zәngi çalır,
dәrmanların vaxtıdı, ömür ötüb havayı.


***
Bütün sevәnlәrim sәnin kimi sevmәdi!
Sevdilәr gözümü, qaşımı,
– sevmәdilәr dünyaya baxışımı.
Sevdilәr günlәrimi, aylarımı,
– sevmәdilәr sәn olan yaddaşımı.

Bütün sevәnlәrim sәnin kimi sevmәdi!
Sevdilәr lәblәrimi,
– sevmәdilәr sözlәrimi.
Sevdilәr әllәrimi,
– sevmәdilәr әmәllәrimi.

Bütün sevәnlәrim sәnin kimi sevmәdi!
Sevdilәr gözlәrim gülәndә,
– sevmәdilәr ürәyim göynәyәndә.
Sevdilәr, sevirlәr bu gün dә,
sevmәyәcәklәr sәnin kimi heç vәdә..


* * *
Soyuq suyun ömrü isinәnәcәn,
Darıxmağın ömrü küsәnәcәndi.
Barışmağa bir bәhanә gәzirik,
Elә ayrılıq da bitәnәcәndi.

Dәrdin ölçüsü yox çәkib bitirәk,
Gözümüz kor deyil gözdәn itirәk,
Keçmişdәn nә qaldı nә dә götürәk,
"Gәlәcәk" bu ömrü biçәnәcәndi.

Nә olsun qucaqlıq qolumuz da var,
Sağa söykәnmәyә solumuz da var,
Şeytana daş atmaq yolumuzda var,
Çәtini körpüdәn keçәnәcәndi.

İllәri boş yerә xәrclәyir insan,
Yaxşıyla yamanı seçmәyir insan,
Unudur, vәrdişә çevirir insan,
Yaddaşı doyunca içәnәcәndi.

Heç bilmir nә ilә yarışır ömrü,
Allah nә verdisә barışır ömrü,
Axırda torpağa qarışır ömrü,
Çәtini dünyadan köçәnәcәndi.

Bir yer göstər gözlərimi asmağa

Mən sevəndə xatırlamırdım səni,
İtirəndən yaddaşımdan çıxmırsan.
Darıxmaq da ürəyimi kiçildib,
Darıxanda ürəyimə sığmırsan.

Gecə ayın göy üzündə kölgəsi,
Günəş çıxar, izi itər hər səhər.
Bir yer göstər gözlərimi asmağa,
Özüm qurudaram hər gün birtəhər.

Bir az danışaram, dəniz dinləyər,
Bir az da danlayar Xəzri, Giləvar.
Gecə təkliyinə çəkilər süfrəm,
Səndən söhbət açar çayla gilənar.

Onda bax çiynimin yükü yorulub,
Bir az dincəlməkçün dizimə çökər.
Baxar, dinləməyə kimsəsi yoxdur,
Ürək dərdlərini içinə tökər.

Bir ümid aparar özüylə məni,
Gəzdirər şəhəri səndən bixəbər.
Xəyal qayığında oturar gözüm,
Kirpiklər yuxumun avarın çəkər.

Gəl

Ürəyində əvvəl kimlər vardısa,
Çıx dünənin körpüsünə ötür, gəl.
Dayanacam mən də yolun sağında,
Sən gələndə ürəyimi götür, gəl.

Sevgi qürur sevməz, amma nankoram,
Sevincin gözünə qərib, həm xoram,
Büdrəməkdən yenə yaman qorxuram,
Yıxılanda kürəyimi götür gəl.

Yuxumu yastığa gecə nəm sərdim,
Ürəyimdən duaları kəm dərdim,
Baxıb çarpayıma dedi "sən" dərdim:
Üşüyəndə dur əynimi götür gəl.

Görən hansı duadasan?

Görən hansı duadasan?
Əl açıb istəyim səni.
Razıyam lap göz yaşımla,
Suvarıb bəsləyim səni.

Gözlərimə tor atmısan,
Yuxuma haram qatmısan,
Hansı ürəkdə yatmısan,
Çağırıb səsləyim səni.

Ürəyim alışıb-yana,
Baxma o yana, bu yana,
Bu eyvandan o eyvana,
Baxıb qəribsəyim səni.

Yollarından dönüş üçün,
Yanağında gülüş üçün,
Bir dodaqlıq öpüş üçün,
Gərək əzizləyim səni.

Yazı yola saldıq yenə,
Ömür gedir gündən-günə,
Demə ki, zaman var yenə,
Gəlirsən, gözləyim səni?

Tural Adışirinin təqdimatında


Baxış sayı - 457 | Yüklənmə tarixi: 20.07.2024 16:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031