manera.az
manera.az

Ömür dә bir papirosluq tüstüdür.. - Şeirlər

Ömür dә bir papirosluq tüstüdür.. - Şeirlər
MANERA.AZ Vasif Zöhraboğlunun şeirlərini təqdim edir.

Papiros..

Bu ömrü sümürüb papiros kimi,
Sonuncu tüstüsün çәkib atmışam.
Gözümü yollardan yığmışam daha,
Saatı divardan söküb atmışam.

Sәn Allah, uzaq dur, yadıma düşmә,
Sәn olan heç yerә darıxmıram ta.
Papiros-papiros sәni düşünüb,
Pәncәrә-pәncәrә darıxmıram ta.

Ürәyim deyirdim, ürәyimә bax,
Nә yaxşı, daş olub sinәmdәn düşüb.
İndi külqabım da ağ günә çıxıb,
İndi әllәrim dә çәnәmdәn düşüb.

Nә olsun bir azca çәtin olurmuş
Özündәn-özünә qayıda bilmәk.
İlahi, nә gözәl şirin әzabmış,
Әn gözәl qadını unuda bilmәk.

Nәyimә gәrәkdir әyni qalınmı,
Ürәyin indi kim istilәndirir.
Hardasa bir oğlan bir qadın ömrün
Papiros-papiros tüstülәndirir...

Natamam təklik...

Mәn sәni sevәndә qanım qaraydı,
Mәn sәni sevәndә kefim yoxuydu.
Qoşa pәncәrәsi küçәyә baxan
Balaca bir daxmam, evim yoxuydu.

Әcәb darıxırdım, nә darıxırdım,
Darıxa bilmәzdi bir adam belә.
Bir adam yoxuydu belә darıxsın,
Bir adam var idi natamam belә.

Körpәydi әllәrim, hәlә o vaxtı,
Barmağım dizindә imәklәyirdi.
Sinәmdә gül şәkli çәkirdim onda,
Bir qadın saçları çiçәklәyirdi.

Mәn sәnә yaxındım, yaxın deyildim,
Uzaq olmağım da yadıma gәlmir.
Mәn axı bu boyda doğulmamışdım,
Uşaq olmağım da yadıma gәlmir.

Mәn sәni görmürdüm, sәni görürdüm,
Yoxuydun, varıydın bәlkә bilmirdim.
Sәnin doğulduğun, yaşadığın bir
Şәhәr tanımırdım, ölkә bilmirdim.

Bir gün yuxudaydım, şirin yuxuda,
Әllәrin üşüyür cibindә gördüm,
Gördüm ki, gәlmisәn yuxudan durub,
Dizini dizimin dibindә gördüm.

Bir onu bilirdim, sevirәm sәni,
Bilmirdim, heç neçә yaşım var idi.
Sәninçün ölmәyә bir ölüm payım,
Yolunda qoymağa başım var idi.

Yadıma düşdü ki, mәn onda bildim,
Bildim ki, nә vaxtsa qayıdacaqsan...
Bildim ki, nә vaxtsa, hardasa, bir gün,
Bildim ki, nәyisә unudacaqsan...

Mәn sәni sevәndә qanım qaraydı,
Mәn sәni sevәndә kefim yoxuydu.
Qoşa pәncәrәsi küçәyә baxan,
Balaca bir daxmam, evim yoxuydu.

Tüstü

Görünmәzdir gördüyümüz bәlkә dә,
Gördüyümüz qәlibidir, büstüdür.
Ömrümüzә külqabıdır qәbirlәr,
Ömür dә bir papirosluq tüstüdür...

Sıxılırıq barmaqlar arasında,
Sirkәlәyib külümüzü tökürlәr.
Hamımızı bu dünyaya gәlәndәn,
Bu dünyadan gedәnәcәn çәkirlәr.

Çәkilirik anamızın bәtninә,
Qayıdırıq, yığılırıq tәzәdәn.
Bu dünyada tüstü-tüstü ölürük,
Bulud-bulud doğuluruq tәzәdәn.

Yer üzünә tәzә tale, bәxt kimi
Dua olub, qarğış olub qayıdır.
Göy üzünә uçub gedәn tüstümüz
Göy üzündәn yağış olub qayıdır.

Bu yağışdan qorunmaqçün adamlar
Gizlәnmәyә yer axtarır özünә.
Bәlkә kimsә tüstümüzdә boğulur,
Kirpiyindәn çәtir tutur gözünә.

Hamımız da bir tüstüyük elәcә,
Pıçıldayar ölüm dodağı altda.
Papirosun kötüyütәk başımız
Әzilir zamanın ayağı altda...

Görünmәzdir gördüyümüz bәlkә dә,
Gördüyümüz qәlibidir, büstüdür.
Ömrümüzә külqabıdır qәbirlәr,
Ömür dә bir papirosluq tüstüdür...

Müharibə ətirli çörək..

Biz sevmәyi çörәk növbәlәrindә öyrәndik,
Müharibә әtirli çörәklәrdә tanıdıq ölümü...
Bir güllәylә beş adamı öldürәn insanlar
Bir çörәklә beş adamı doydura bilmәdilәr...

Biz cırıq çәkmәlәrdә öyrәndik yerimәyi,
Yeridiyimiz bütün yolların daşı
Çәkmәmizin söküldüyü yerdәn
nişan alırdı ayağımızı.
Bizә yıxılmağı öyrәtmәmişdilәr...

Bәxtini butulka qapaqlarında
gәzәn sadәlövh uşaqlar idik,
"Bәxtinizi bir daha sınayın"larda
inanmağa başladıq Tanrıya.
Bәxtinә "xoşbәxtlik" düşәn dostum,
hәlә dә butulka sexindә işlәyir.
Mәn hәlә dә sınayıram.
Ümid - sabah bizi idarә edәcәk Tanrıdır...

Bir dә ayıldıq ki, böyük adamlarıq,
Nә çörәk növbәlәri var, nә butulkada
bәxt gәzәn uşaqlığımız, nә dә cırıq çәkmәmiz.
Bir dә ayıldıq ki, uşaqlarımızı
sevib qovuşa bilmәyәcәyimiz qadınlar doğub,
Hәyatımızı yaratdığımız qәhrәmanlar yaşayıb.
Heç kәs öz gerçәklәri qәdәr cәsarәtli deyilmiş.
Biz hәlә dә müharibә әtirli
çörәk yeyәn sadәlövh uşaqlarıq...

Yuxu...

Sual var ki, vahimәdir, qorxudur,
Bü dünyaya axı niyә gәlmisәn?
Ömür nәdir, bir nәfәslik yuxudur,
Oyanırsan, görürsәn ki, ölmüsәn.

Fikir-fikir göy üzünә uçmaqmış,
Düşüncәnin dәrin olan tәrәfi.
Öz bәxtindәn gizlәnmәkmiş,
qaçmaqmış,
Yuxuların şirin olan tәrәfi.

Yuxudurmu Tanrımızın özü dә, –
Göy üzünә Yeri çәkә bilәydik.
Saat kimi yaradardı bizi dә,
Darıxanda geri çәkә bilәydik.

Yuxu yozduq, dilә tutduq suyu da,
Arzuları bәnd-bәnd hörә bilirik.
Gözәl tanrım, nә yaxşı ki, yuxuda,
Nә yaxşı ki, yuxu görә bilirik.

“Niyә”lәrin, “axı”ların içindә
Yenә sabah oyanırıq, gün çıxır.
Milyon-milyon yuxuların içindә
Tәkcә ölüm yuxumuzdan çin çıxır...

Tutsam әllәrindәn bu gözәl qızın

Tutsam әllәrindәn bu gözәl qızın,
Öpüb saçlarından başına dönsәm.
Gülsә, üzündәki gülüşü olsam,
Ağlasa, gözünün yaşına dönsәm.

Bir sevib oxşasam qız әllәrini,
Sәrsәm bu dünyanı ayaqlarına.
Payızda tökdüyü xәzәllәrini
Yenidәn qaytarsam budaqlarına.

Görәn inanarmı bu qız da mәnә,
Yolum qapısına elçi gәlәrmi?
Üzüyә çevirsәm mәhәbbәtimi,
Nişan barmağına ölçü gәlәrmi?

Sevәrdim, Adәmdәn Hәvvaya qәdәr,
Sevәrdim, bu göyә, suya, torpağa,
Sevәrdim, aldığım havaya qәdәr.
Sevәrdim, yolumu yoluna salan,
Sevәrdim, göydәki Allaha qәdәr.

Gizlәnsәm dünyanın bir üzündә mәn,
Gizlәnqaç oynunda mәni itirsә,
Bu qızı gәzәrdim yer üzündә mәn,
Bu qızı tapardım gözü bağlı da.
Çiynindә әylәşәn uzun saçları
Hörmәklә bitmәzdi Çin Sәddi kimi,
Öpüşlә yarardım bu boş sükutu,
Dilә gәtirәrdim bu daş sükutu...

Dәrәrdim öpüşü dodaqlarından,
Öpәrdim dünyanı yaratmaq üçün.
Öpüşü dilimdә zәhәr dadardı
Cәnnәtin әn haram meyvәsi kimi.
Axardı göz yaşı yanaqlarından,
Axardı şeytanın tövbәsi kimi...

Bağışla, gәlişim axşama çәkdi,
Bir azca yubandım, yolum uzaqdı.
Mәn sәnә şeytandan qaçıb gәlmişәm,
Әllәrim Tanrıya qayıdacaqdı.
Möhkәm tut әlimdәn, mәni itirmә...

Gül indi

Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmәdi, haçalanmadı.
Mәnim daş inamım iki bölündü,
Sәnin daş inadın parçalanmadı.

Küsmәdim könlümün qәm yemәsindәn,
Dәrd deyil gözümün yuxusuzluğu.
Bu qәrib sükutun vahimәsindә
Qorxuyla yenmişәm qorxusuzluğu.

Bu da quş ömrüdür payızda qovur,
Üşüdür bir qәrib yuvada bizi.
Bizi bu dünyaya bir qadın doğur,
Yüz qadın öldürür dünyada bizi.

Neynәsәm mәnimki ola bilmәyәn,
Tuş gәlib bu yetim mәhәbbәtimә.
Bir qadın könlünü ala bilmәyәn,
Gülmüşәm şairlik mәharәtimә...

Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmәdi, haçalanmadı.
Mәnim daş inamım iki bölündü,
Sәnin daş inadın parçalanmadı.

Tural Adışirinin təqdimatında..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031