manera.az
manera.az

Tutuldum darıxmaq xәstәliyinә - Leyla Əliyevanın şeirləri

Tutuldum darıxmaq xәstәliyinә - Leyla Əliyevanın şeirləri
MANERA.AZ Leyla Əliyevanın "Dünya yuxu tək əriyir" kitabından şeirlər təqdim edir:

Tәrk edә bilmәrәm heç zaman sәni

Zaman hara axdı sürәtlә belә?
Qapının ağzını qış aldı yenә.
Yenә yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xәstәliyinә.

Gün doğur, bağçada qızılgül açmır,
Xәzәrin qumları parlamır gündә...
Yandırar köksünü hәsrәt yanğısı,
Kim ki, sonsuzacan yalqızdı yenә.

Nәdәn yenә dondun, mәnim ürәyim?
Bu donuq buzunu kim әridәcәk?
Heç cürә qızınmaq istәmirsәn sәn,
Sәnin adәtindi qışda qәm yemәk.

Zaman hara axdı, görәsәn, belә?
Mәn – “Dayan!” – söylәdim, o dayanmadı.
Yola toran çökdü saat altıda
Əlimsә Günәşә uzana qaldı.

Yetişә bilsәydi әgәr әllәrim,
Ovcumun içindә gizlәrdim onu.
Elә sıxardım ki, salıb qәlbimә,
Bir daha gәlmәzdi gündüzün sonu.

Ancaq göz yaşını görür gecәlәr…
Bağışla, ürәyim, mәni bağışla.
Bir daha xәtrinә dәymәrәm sәnin,
Qaça bilmәrәm mәn sәndәn heç yana.

Sәnә vurulmuşam

Sәnә ilk baxışdan vurulmuşam mәn...
Saçına, gözünә, dodaqlarına.
Sәnә ilk baxışdan vurulmuşam mәn
Ayrı cür vurulmaq olurmu, amma?

Bütün varlığımla sevirәm sәni,
Axı nәyә görә… – demә nahaqdan.
Sәnә ilk baxışdan vurulmuşam mәn
Başqa cür vurulmur insana insan.

Ya sus, ya da çağır, eşitmirәm, yox…
Ürәyim, tәk nәğmә sәsini anır.
«Bir daha sevmәrәm» – deyәn özümü
Ürәk bağışlamır, düşmәni sanır.

Əlbә ә, bir vaxtlar mәn dә sevirdim,
Bunun nә mәnası, danışım indi?
Sevdim mәn… kәdәrdәn, qәmdәn qurtuldum,
İndisә, Günәşәm… üzü buludlu.

İstәyirsәn ağla, mәn dә ağlayım,
Gülmәk istәyirsәn, birlikdә gülәk.
Sevgi şәrbәtindәn sәrxoşam indi,
Zülmәtdәn hәzz alan süd rәngli Aytәk.
Sәnin әllәrinsә… o gözәl әllәr...
Onlardan gözәli yoxdu dünyada!
Sәnin o әllәrin – hәsrәt dәrmanı,
Kölgәn düşәn yerә diz çökmәk olar.

Allaha üz tutub dua edirәm,
Sәni itirmәyim, kömәk elәsin.
İndi bax… sevgidәn içim titrәyir
Sevgisiz, elә bil çatmır nәfәsim.

Sәnә vurulmuşam… özün bilirsәn,
Necә vurulmuşam, düşmüşәm oda.
Mәni gah öldürür, gah dirildirsәn,
Ölüm dә zәiflәr sәnin yanında.

Qoy, ölüm dizlәrin üstündә sәnin…
Yalnız belә ölmәk istәyirәm mәn.
Qoy, qanımla yazım bu divarları,
Oxunsun sәtirlәr, qan dada-dada.

Sәnә ilk baxışdan vurulmuşam mәn
Kor olub gözlәrim o vaxtdan bәri.
Tale yazdı bunu… get, yaşa indi,
O biri hәyatda dönәrsәn geri.

Zaman

Zaman, ayaq saxla, dayan bir anlıq,
Dayan, gözlә mәni, sözümü dinlә.
Hara tәlәsirsәn, gizlәmә, danış,
Bölәrәm sirrimi mәn dә sәninlә.

Bilmәk istәyirәm, hara gedirsәn?
Zaman ki, heç nәdәn qorxmur, çәkinmir.
Hamının, hәr şeyin üstündәn keçib,
Susub, hey yol gedir, yeri bilinmir.

Anlat mәni, nolar, orda nәlәr var?
Nә var ki, әvәzi yoxdu dünyada?
Sәnin dincliyini nәdi, de, pozan?
De, nәdi canını bürüyәn oda?

Olsun, az anlayır, çox az bilirәm,
Yoxsa, qәdәrindәn çoxdu bildiyim?..
Hәr şey ovcumdaykәn, qeyb olub itir,
Yenә tәk qalıram, budu bildiyim.
Bir anlıq açılır göz qapaqlarım,
Gözlәrim nә görür, yazığım gәlir.
Başa düşurәm ki, mәn dә yazığam,
Gözlәrim qapanır, sözüm tükәnir.

Başa düşürәm ki, hәr şey çox incә,
Tükdәn dә zәrifdi… qırmaqsa çәtin.
Hәyatı maskatәk, taxıb üzümә
Mәn dә gülümsәrәm… Daha neylәyim?

Sәn gәl, bu dәnizi, bu boş eyvanı,
Bu anı, gәmini, unutma, nolar...
Mәni atıb getmә bu tәnhalıqda!
Zaman, gәl mәni dә, özünlә apar.

Getmә, ana, anacan!

Getmә, ana, anacan!
Sәnsizlik mәni sıxır.
Sәn gedәndә yağışlar,
Durmadan, elә yağır.

Al, götür qucağına,
Sıx ürәyinә mәni.
Sehrli baxışınla
İşıqlandır göylәri.

Hәlә körpәyәm, ana,
Söz tutmur hәlә dilim.
Kitab oxumamışam,
Dünya nәdi, nә bilim?

Mәn hәlә lap körpәyәm,
Güclә addımlayıram.
Dәrk etmirәm dünyanı,
Amma bir az duyuram.

Ana, axı de, niyә
İnsanlar ağlayırlar?
Böyüyüb bilәcәyәm
Hardandı bu yalanlar.

Qoy kuklamla oynayım,
Öyrәnim mәn susmağı.
Böyüklәr bu hәyatla
Oynayıb susur axı?..
Qorxmağı öyrәnәcәm
Bilәcәyәm qәm nәdi.
Heyif, itirәcәyәm
İnamımı hәr şeyә.

Heyif ki, arzulamağı
Mәn dә tәrgidәcәyәm.
Amma, yәqin, gecәlәr
Yuxuma gәlәcәksәn.

Qәsrlәr tikmәyәcәm,
Nә vaxtım var, nә gücüm.
Heyif olacaq ömür,
Bir dә başlamaq üçün.

Qocalıb peşman olsam,
Anılacaq nağıllar.
Bax, onda deyәcәyәm
Ürәyimdә nәlәr var.

Danışmağı bacara
Bilsәydim, ana, inan,
Öyrәdәrdim mәn sәnә
Nә cürә yaşayasan.

Getmә, ana, anacan!
Xahiş edirәm, qayıt!
Sәn mәnim nәfәsimsәn,
Qayıt, körpәni ovut!

Sәnsiz dәli kimi darıxıram mәn

Sәnsiz dәli kimi darıxıram mәn…
Bu hiss hәdәrsә dә, ürәyim üçün.
İstәyirәm sәnә deyim: «Sadәcә,
nәfәs dәrmәyә dә, sәnsiz yox gücüm».

Sәn ey Yer üzündә әn yaxın dostum!
Mәni kәlmәsiz dә başa düşürsәn.
Ürәyimi sıxan kәdәri, qәmi
Gözümün içindәn oxuyursan sәn.

Sәn arzu, әfsanә, sirli bir nağıl,
Günәş işığını heyran qoyursan!
Saxta maskalara yox ehtiyacım,
Yanımda sәnintәk, dostum varımsa.

Sәn bir xәyalsan ki, dilәrlәr sәni,
Sәni dilәyәnin qәlbi gül açar.
Buzlaqlar әriyәr hәrarәtindәn,
Öyrәtsәn, balıqlar göylәrdә uçar!

Sәn arzu, sәn Günәş, sәn Göy üzüsәn!
Ruhuma nurunla işıq saçırsan!
Bil ki, hiss elәsәm qayıtdığını,
İçim titrәyәcәk, qanad çalacam!

Bakı

Nә qәdәr şeir dә qoşsalar sәnә,
Vәsf etmәk çәtindi gözәlliyini.
Sәninlә biz birgә nә yaşamadıq?
Sәndәn doğmasını taparam yәni?

Qәrib ölkәlәrdә xatırlayarkәn,
Olur ki, tökürәm göz yaşı sәssiz.
Sәni dәrk etmәdәn, heyran qalıram…
Əgәr dәrk etsәm mәn, dözmәrәm sәnsiz.

Guya öyrәşmişәm mәn qәribliyә,
Belә yaşamağı sayıram hәdәr.
Bәlkә dә, alışıb vәrdiş etmişәm,
Sәni sevәcәyәm ölәnә qәdәr.

Xәzәrin qoxusu, İçәrişәhәr…
Abşeron bürküsü, Xәzri, Gilavar…
Qәfil qonaqların sәsi, hay-küyü…
Mәnim doğma Bakım,
Darıxdım yaman…
Hәr nәlәrin varsa, onlardan ötrü.

Darıxıram sәninçün

Darıxıram sәninçün
Yaman intizardayam.
Sәninlә görüşmәyә
Günlәrimi sayıram.

Sәnin o doğma qoxun
Ruhumda sızıldayır.
Sәninçün darıxıram,
Mәni bu qәmdәn ayır.

Bәzәn nәfәsim çatmır,
Soyuyur hәr yan bütün.
Kainatın sonunda
Darıxıram sәninçün.

Bunu anlayırsanmı?
Lap sәfeh dә anlayar.
Üzür içimdәn mәni
Ona olan duyğular.

Gecә-gündüz, hәmişә
Darıxıram onunçün.
Burda bir müәmma yox –
Bakıycün darıxıram,
Özü dә lap çox, lap çox...

Ümid

Ümid – uşaqlıq vәrdişimizdi,
Mavi gözlәriylә sığınar bizә.
Elә ki, qәlbimiz qәmdәn әzilәr,
Biz dә sığınarıq ümidimizә.

“Ümid yoxdu...” – deyәn öz dediyinә
Tam axıra qәdәr inanmaz özü.
Onsuz ayaqyalın, hәm dә çılpağıq,
Bozdu hәsrәtin dә, qәmin dә üzü.

Nә sağa, nә sola yol yoxdu onsuz,
Onsuz qorxunc olur hәr yarpaq, hәr kol.
Ümid sәninlәdi bil ki, hәmişә,
İstәr sәn igid ol, istәr qorxaq ol.

Gәl sәninlә bölüm öz ümidimi,
Ümid göz yaşını güntәk qurudar.
Hәr şey әvvәlkitәk qalsa da, yenә
Yalanlar ümidlә min rәngә çalar.

Bağışla sәn mәni, hәr şeyә görә,
Ayrı bir yol da var – bağışlamamaq.
Sanki unutmuşuq… heç nә olmayıb,
Ümid yara olar, bağlayar qaysaq.

Bağışla sәn mәni, hәr şeyә görә…
Bәlkә, nәlәrsә dә bağışlanılmır.
Əgәr saxta olsa sәadәt yenә,
Qaçıb tez ümidi kömәyә çağır.

Bədii tərcümə: Afaq Məsud
Sətri tərcümə: Zahid Sarıtorpaq

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31