manera.az
manera.az

Füzulinin əsərləri özbək dilində

📅 21.06.2024 07:50

Füzulinin əsərləri özbək dilində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbəkistanda nəşr olunub.

Böyük şairin əsərlərindən ibarət iki cildlik “Külliyyat”ın birinci cildində qəzəllər, ikinci cildində isə poemalar yer alıb.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, sözügedən nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə işıq üzü görüb.

Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanmış “Külliyyat”ın redaktorları professor Nurbay Cabbarov və dosent Gülbahar Aşurovadır.

Nəşrin ilkin təqdimatı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində olub.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə yaxın günlərdə əsərin daha bir neçə ali təhsil ocağında geniş təqdimatları nəzərdə tutulur.

Qeyd edək ki, Məhəmməd Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunub.

Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlansa da onun yaradıcılığını tam şəkildə əhatə edə bilməyib.


Baxış sayı - 355 | Yüklənmə tarixi: 21.06.2024 07:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031