Azərbaycan məktəbliləri beynəlxalq robotexnika olimpiadasının qalibləri oldu
31 may və 4 iyun 2024 cü il tarixləri arasında IT INNOVATIONS computer academy-nin şagirdləri, Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş Infomatrix - Beynəlxalq robotexnika, mühəndislik və layihə olimpiasında uğurla çıxış ediblər.
MANERA.AZ xəbər verir ki, 20 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilər 4 komandada 6 şagird iştirak edib.
Finalda iştirak edən hər 4 komanda fəxri kürsünün ən üst pilləsində yer tutub. Belə ki, iki komanda platinum (first of the first) medallar qazanıb, komandalardan ikisi isə qızıl medallar qazanıb. Sevindirici haldır ki, bütün komandalar mühəndislik və robotexnika kateqoriyası üzrə finalda iştrak etmişdir.
Gərgin rəqabət mühitində keçən olimpiyadada Lego Line Follower kateqoriyasında Musa Bayramov və Arduino Mini Sumo Kateqoriyasında Röyal Şükürlü yarışın ən üst mükafatı olan platinum (first of the first) medallara laiq görülmüşdürlər.
Arduino Line Follower kateqoriyasında Fərid Mikayılzadə və Murad Kərimli həmçinin, Leqo Sumo kateqoriyasında Fidan Mikayılzadə və Əyyub Xankişiyev yarışda birincilik əldə edərək, qızıl medallarla təltif olundular.
Komandalara mentor olaraq proqramlaşdırma üzrə aparıcı mütəxəssiz Vaqif Gülməmmədli rəhbərlik etmişdir.
Xüsusi ilə qeyd etmək yerinə düşər ki, Infomatrix yarışmasının Azərbaycandan olan iştirakçılarını Azərbaycan Respubilkasının Ruminyadakı səfiri Qüdsi Osmanov qəbul edib.
Səfir qalibləri təbrik edərək, istedadli, vətənpərvər və bilikli azərbaycan gənclərin hər yerdə olduğu kimi Rumıniyada da Azərbaycan bayrağını yüksək qaldırdıqları üçün onlara təşəkkürünü bildirib.
Komandanın rəhbəri
proqramlaşdırma üzrə aparıcı mütəxəssiz
Vaqif Gülməmmədli