manera.az
manera.az

“Pulitzer” mükafatının qalibləri açıqlanıb

📅 08.05.2024 13:37

“Pulitzer” mükafatının qalibləri açıqlanıb
2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb.

“Ən yaxşı bədii əsər” nominasiyası üzrə Ceyn Anna Filipsin “Gecə gözətçisi” romanı qalib olub.

“Dram əsəri” nominasiyası üzrə Eboni But (“Əsas etibar”), tarixi əsər nominasiyası üzrə Caklin Cons (“"Dürüst yaşamaq hüququ yoxdur: Vətəndaş müharibəsi dövründə Bostonda qaradərili işçilərin mübarizələri") qalib olub.

“Poeziya” nominasiyası üzrə isə Brandon Som (“Tripas: Şeirlər”) fərqlənib.

“The New York Times“ qəzetinin əməkdaşı Hannah Dreyer ABŞ-da miqrant uşaq əməyinə dair silsiləsinə görə “Jurnalist araşdırması” kateqoriyasında seçilib.

“The New York Times“ın jurnalistləri oktyabrın 7-də HAMAS-ın İsrailin cənubundakı hücumunu işıqlandırdıqlarına görə “Xarici reportajlar” kateqoriyasında mükafat alıblar.

Mükafatçılar arasında həmçinin Reuters və The Washington Post qəzetlərinin jurnalistləri və Rusiya Federasiyasında xarici agent kimi tanınan jurnalist Vladimir Kara-Murza da var.

apa.az


Baxış sayı - 310 | Yüklənmə tarixi: 08.05.2024 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930