manera.az
manera.az

Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilində

📅 05.06.2024 15:55

Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, kitabda müasir özbək ədəbiyyatının iyirmidən çox şairinin yaradıcılıqlarından seçmələr yer alıb.

“Dostlara hədiyyə” (“Dostlara sovga”) adlı ikidilli nəşrdə müasir özbək poeziyasının tanınan simalarından Zülfiyyə Möminova, Şəhla Qasımova, Nərgisə Əsədova, Abdulla Vəhş, Gülzira Şaripova, Zöhrə Açilova, Şairə Ermətova, Ubaydulla Abduşaxidov, Kamaladdin Şükür, Hasanbay Qayib və başqalarının yaradıcılıqlarından poetik nümunələr çap olunub.

Özbək dilindən şeirləri Azərbaycan dilinə şair-tərcüməçi Şahməmməd Dağlaroğlu çevirib, nəşrin redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.

Kitabın yaxın günlərdə Özbəkistanda və Azərbaycanda təqdimatlarının keçirilməsi nəzərdə tutulur.


Baxış sayı - 636 | Yüklənmə tarixi: 05.06.2024 15:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930