“Əlibaba və qırx quldur” yenidən səhnədə

Aprelin 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Teatrdan MANERA.AZ-a verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.
Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayırlar.
Aktyorlar tamaşaçılarla ünsiyyət quraraq, uşaqları hadisələrin iştirakçısına çevirirlər.
“Əlibaba və qırx quldur”da rəngarəng musiqi nömrələri və əyləncəli rəqslərdən istifadə olunur.