manera.az
manera.az

Əkbər Qoşalı Qazaxıstanda seminarda çıxış edib

Əkbər Qoşalı Qazaxıstanda seminarda çıxış edib
Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictimai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan qərargahında bir araya gəlib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın “Ədəbiyyat və incəsənət” sessiyasında çıxış edib.

Türk dünyasının 2040 hədəfləri baxımından ədəbiyyat və incəsənət üzrə baxışlarını bölüşən Ə.Qoşalı, Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib. O, həmçinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi”nə dair özünün irəli sürdüyü konsepsiyanı açıqlayıb.

Ə.Qoşalı seminarda iştirak edən Avrasiya Yazarlar Birliyi rəhbəri Yaqub Öməroğlu, Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdevlet, Özbəkistanın Xalq şairi Xurşid Dövran, Qırğızıstanın keçmiş dövlət katibi, akademik Osmankun İbrahimov, TÜRKSOY Baş katibinin keçmiş müavini, professor Fırat Purtaş və bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıb.

Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib.

Qeyd edək ki, ikigünlük seminarın açılış mərasimində türkdilli ölkələrin tanınmış alimləri çıxış ediblər.

Əkbər Qoşalı Qazaxıstanda seminarda çıxış edib
Əkbər Qoşalı Qazaxıstanda seminarda çıxış edib
Əkbər Qoşalı Qazaxıstanda seminarda çıxış edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728