manera.az
manera.az

"Mona Liza"nın sirlərindən biri açıldı

📅 19.05.2024 09:16

"Mona Liza"nın sirlərindən biri açıldı
İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib.

MANERA.AZ xəbər verir ki, Leonardo da Vinçinin "Mona Liza"sının arxasındakı mənzərə sonsuz müzakirələrə səbəb olub.

Bəzi sənət tarixçiləri mənzərənin xəyali, digərləri isə İtalya ilə əlaqəli olduğunu deyiblər.

"The Guardian" qəzetindəki xəbərə görə, Ann Pizzorusso Leonardonun İtaliyanın Lombardiya bölgəsindəki Komo gölünün sahilində yerləşən Leçço şəhərinin bəzi yerlərini çəkdiyini iddia edib.

Pizzorussoya görə, əsərdəki körpü XIV əsrdə inşa edilmiş Azzone Viskonti körpüsü, dağ silsiləsi əraziyə baxan cənub-qərb Alp dağları, göl isə Leonardonun 500 il əvvəl ziyarət etdiyi Qarlat gölüdür.

Oxşarlıqların danılmaz olduğunu ifadə edən Pizzorusso, “Bunun üçün çox həyəcanlıyam. Bu, həqiqətən, böyük uğurdur", - deyib.


Baxış sayı - 648 | Yüklənmə tarixi: 19.05.2024 09:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930