manera.az
manera.az

Dünyanın ən məşhur rəsminin tarixçəsi

Dünyanın ən məşhur rəsminin tarixçəsi
Onun sirli təbəssümü və solmayan cazibədarlığı beş əsrdən çoxdur ki, bəşəriyyəti düşündürür. Bu rəsmin tarixçəsi də özü kimi müəmmalarla doludur.

”Mona Liza” onun öz adı deyil

Şəkildəki qadın Liza Gerardinidir. Varlı həyat yoldaşı Fransisko del Cakondo xanımının rəsmini çəkməyi dahi rəssam Leonardo da Vinçiyə sifariş etmişdi. Bu məlumat rəsm əsərinin daha az tanınan “Cakond”a adına da aydınlıq gətirir.

Mona Liza və ya italyanların dili ilə desək, Monna Liza təxminən “Mənim Liza xanımım” kimi tərcümə olunur.

Napoleonun məhəbbət obyekti

Fransa imperatoru Napoleon Mona Lizanın rəsmini yataq otağından asdırmışdı və saatlarla onun gözəlliyinə baxmaqdan doymazdı. Deyilənə görə, bu şəklə olan heyranlıq onda Liza Gerardininin nəslindən olan italiyalı gözəl Tereza Quardaqniyə qarşı məhəbbət hissləri oyatmışdı.

Qaşsız gözəl

Bəziləri onun qaşlarının olmaması faktını o dövrdə yüksək təbəqənin dəbi ilə əlaqələndirir. Digərləri isə inadla əsərin tamamlanmadığını söyləyir. Belə ki, əsərdə Mona Liza qaşsız təsvir olunub. Lakin 2007-ci ildə şəklin ultra-rəqəmsal tədqiqi əsərin dahi müəllifinin ona qaş və qalın kirpiklər çəkdiyini ortaya çıxardı. Sadəcə, hər ikisi zamanla solğunlaşmış və ya bərpa işlərinin qurbanı olmuşdur.

O, çox qəlblər qırıb

Portret ilk dəfə 1815-ci ildə Luvrda nümayiş etdirilib. Sənətşünas Skotti “Qeyb olmuş təbəssüm” kitabında belə yazırdı: “Mona Liza kişiləri ovsunlayır. Luvrda bir milyondan çox incəsənət əsəri olsa da, yalnız onun özəl poçt qutusu var”.

Bəli, Luvrda bütün sevgi məktubları məhz bir ünvana göndərilirdi.

Kişilərin "ölüm mələyi"

1852-ci ildə Luk Maspero adlı rəssam özünü Paris otellərindən birinin dördüncü mərtəbəsindən aşağı atdı. “İllər boyu bütün varlığımla onun təbəssümünün mənasını anlamağa çalışdım. Artıq ölməyi üstün tuturam” – intihardan öncəki son məktubunda o, belə yazmışdı.

1910-cu ildə isə Mona Lizanın gözəlliyinə məftun olmuş bir gənc şəklin qarşısında dayanaraq özünü güllələmişdi.

Dünyanın ən etibarlı “həbsxanası”

“Mona Liza” Luvrda ayrıca otaqda saxlanılır. Rəsm əsəri üçün ideal mühit təşkil etmək məqsədilə otağın havası daim nəzarətdədir. Bundan əlavə, təhlükəyə məruz qalmasının və zədələnməsinin qarşısını almaq üçün əsər, güllə keçirməyən şüşə altındadır.

Şəklin sol gözünə diqqətlə baxanda ona vurulmuş zədəni görmək olar. Belə ki, 1956-cı ildə boliviyalı Uqo Unqaza Villeqan şəklə daşla zədə yetirmişdi.

Bundan bir neçə ay əvvəl isə bir başqası şəklin üzərinə turşu ataraq onun aşağı hissəsinə ziyan vurmuşdu.

2009-cu ildə Fransa vətəndaşlığına qəbul olunmaması səbəbindən qəzəblənmiş rusiyalı turist əlindəki suvenir qabı şəklə tullamış, xoşbəxtlikdən güllə keçirməyən şüşə bu dəfə Mona Lizanı qoruya bilmişdi.

Bütün Fransa matəm içində

1911-ci ildə Mona Liza Luvrdan oğurlandı. Sonralar “New York Times” qəzeti 1997-ci ildə şahzadə Diananın ölümü ilə bağlı yaşanmış kədəri o dövrdə yaşananla müqayisə etmişdi. Həmin vaxt xəbərdən sarsılmış minlərlə insan Luvra axın edərək gözlərini vaxtilə şəklin asılmış olduğu boş divara zilləyib baxır, bura güllər qoyur, ürək sözlərini yazırdı.

Oğru Pablo Pikasso?

Oğurluqda şübhəli bilinənlər arasında o dövrün məşhur ispan rəssamı Pablo Pikasso da var idi. Çünki o, əvvəllər də Luvrdan oğurlanmış incəsənət əsərləri ilə bağlı şübhəli qismində sorğu-sual üçün polis məntəqəsinə çağırılmışdı. Əsl oğrunun kimliyi isə 1913-cü ildə bilindi və məşhur əsər tapılaraq muzeyə qaytarıldı../aydinyol.az/

Tərcümə edən: Ağayeva NəzakətБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031