Şair İnqilab İsaq vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair İnqilab İsaq 71 yaşında vəfat edib.
MANERA.AZ xəbər verir ki, o, yaşadığı Göygöl rayonu Üçtəpə kəndində dünyasını dəyişib.
İnqilab İsaq 31 mart 1953-cü ildə Daşkəsən rayonunda anadan olub. Həm orta, həm də ali təhsilini Gəncədə alıb, Gəncə ədəbi mühitinin yetirməsidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub - Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş müəllim işləyib.
2014-cü ildə Prezident mükafatına, 2015-ci ildə Rəsul Rza adına Beynəlxalq Mükafata layiq görülüb. Əsərləri rus, ingilis, ukrayna, özbək, gürcü və türk dillərinə tərcümə olunub.
O, "Deməyə sözüm var" (1997), "Aləm cənnətə dönsə" (1999) "Aydan axan bulaq" (1999. Uşaqlar üçün) "Bir çəmənin çiçəkləri" (1999), "Obaları gəzə-gəzə" (2000.Publisistika), "Ümidə borclu dünya" (2014) "İndi elə təkəm ki. (2018), "Nərgizin nərgizləri" (2020. Uşaqlar üçün), "Savaş sevdası" (2020) "Gizli buluşmalar (2020. İstanbul), "Sözün nəbzi" (2022. Gürcü dilində) kitablarının müəllifidir.
Allah rəhmət eləsin!