manera.az
manera.az

Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar

Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
5 – 7 aprel tarixlərində 2024-cü il Gənclər Paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirilir.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan tədbir Heydər Əliyev Mərkəzində saat 10:00-dan 19:00-dək baş tutacaq.

Sərginin açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində yazıçılar – Varis, Əziz Yaqubzadə, Elgüsel, Ceyhun Hidayətli, İlqar Kamil, İradə Qədirova, Rövşən Abdullaoğlu, Dünya veysəlova, Vüqar Bayramlı, Həmid Piriyev, Aynur Cavid və Ülviyyə Tahir oxucularla görüşəcək, öz kitablarını imzalayacaqlar.

Bundan başqa, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiq “Təhsildə STEAM yanaşması”, təlimçi Orxan Şahbazın “ZİDDiyyətləri idarə etmək” seminarları, Azərbaycan Ədəbiyyat Fondu və AYB-nin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Bölgə ədəbiyyatı, problemlər, perspektivlər” adlı müzakirə, Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə kinorejissor Tahir Tahiroviçin təqdimatında “Od içində” bədii filminin nümayişi, Elgüselin uşaqlar üçün nağıl saatı, 5 nömrəli məktəbin şagirdlərinin təqdimatı təşkil olunacaq.

Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - Fotolar
Lənkəranda II Kitab Sərgisi keçirilir - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031