manera.az
manera.az

Bu siniflərdə şagird yerdəyişməsi dayandırılır

📅 29.03.2024 15:55

Bu siniflərdə şagird yerdəyişməsi dayandırılır
Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

Eyni zamanda 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də şagirdlərin yerdəyişməsi dayandırılacaq.


Baxış sayı - 264 | Yüklənmə tarixi: 29.03.2024 15:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930