manera.az
manera.az

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır

📅 11.04.2023 12:23

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır
15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.


Baxış sayı - 351 | Yüklənmə tarixi: 11.04.2023 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930