manera.az
manera.az

Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar

📅 23.03.2024 08:35

Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Mart ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Faiq Balabəylinin 60 illik yubileyi və “Dənizçi həyatı” kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirin aparıcısı AYB-nin Beynəlxalq məsələlər üzrə katibi, şair-tərcüməçi, esseist Səlim Babulaoğlu Faiq Balabəylinin yaradıcılığının məziyyətlərindən danışıb. O qeyd edib ki, yubliyarı 25 ildən çoxdur ki tanıyır, elə o vaxtdan da onun imzasını həmişə diqqətdə saxlayır.

AYB-nin sədr müavini Rəşad Məcid yubilyarı rəhbərlik adından təbrik edəndən sonra, AYB katibliyinin qərarı ilə F.Balabəylinin təltif edildiyi “Əhməd Cavad” fəxri diplomunu ona təqdim edib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Faiq Balabəylinin poeziyası, nəsri, publisistikası haqqında danışıb və hazırda dənizlə bağlı ədəbi nümunələrin tək müəllifi olduğunu bildirib.

Sonra şair, Prezident təqaüdçüsü Vasif Süleyman yubilyar haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, Faiq ömrün 60-na dopdolu gəlib: “Faiq 60 yaşa sevinclə, kədərlə, ağrı ilə dolu bir ömürlə gəldi. Yubileyinə az qalmış nur üzlü anası Hədiqə xanımın dünyasını dəyişməsi Faiqi sevənlərin hər biri üçün ağır itki oldu. Məkanı uca olsun anamızın.

Faiq Balabəyli 60 yaşına “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Sənə yazılan şeirlər”, “Bayıldan bayıra”, “Yağışdan sonra” bədii, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası-20 yanvar” publisistik kitabları, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü və bir çox ədəbi ödüllərin laureatı kimi gəlib.

V.Süleyman sonra Faiq Balabəylinin publisistikası, 34 il əvvəl – o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığından bəhs edən “Kəsilməyən həyəcan fiti” və “Bakı buxtası-20 Yanvar” kitabları haqqında danışıb, onun həyatında bir mərhələ olan “Yeni xəbər” qəzetindəki redaktorluq fəaliyyətindən söz açıb.

Vasif Süleyman bildirib ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindəki fəaliyyəti də bütövlükdə elə sözlə bağlıdır: “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Faiqə bu millətə xidmət etmək üçün əlavə imkanlar verib. Bu günə kimi həmin Birliyin xətti ilə, “Qarabağ müharibəsinin ilk qalib generalı” (General, Milli qəhrəman Polad Həşimov haqqında), “Dənizçilərimiz Vətən Müharibəsində”, “Onlar qəhrəmandır”, “Bakı buxtası - 20 Yanvar”, “Sən Vətənə bənzəyirsən”, “Gəmilərin əmniyyətli idarə olunması” kitabları çap olunub. Bir çoxlarını kitab çıxmamış oxumuşam. Bu gün təqdim olunan “Dənizçi həyatı” kitabı da DSD İB-nin xətti ilə hazırladığı növbəti kitabdır. Faiq Balabəyli kitaba bu adı da təsadüfi seçməyib. Dənizçi həyatının təlatümünü, özəlliyini kimlər daha yaxşı bilər... Təbii ki, dənizçilər. Ona görə də Faiq bu həyatı oxucuya elə dənizçilərin öz diliylə təqdim etməyə üstünlük verib.

Sonra AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, şair və yazıçılardan Qəşəm Nəcəfzadə, İbrahim İlyaslı, Hüseyin Sözlü, Narıngül Nadir, Aləmzər Sadıqqızı, İbrahim Rüstəmli, Xatirə Rəhimbəyli, Natiq Muxtarlı, Nəzirməmməd Zöhrablı, Mina Rəşid, Lilpar Cəmşidqızı, Təranə Məmməd, Sevinc Elsevər, BDU-nun müəllimi, alim Şəfiqə xanım Həbibova, Tahir Məmmədli, Aləm Kəngərli, Faiqin oxucuları, iş yoldaşlarından, “İST-Services Əlavə Tədris Mərkəzi”nin baş direktoru Orxan Xəlilzadə ASCO-nu sədr müavini olmuş, hazırda təqüddə olan Uzaq səfərlər Kapitanları, Prezidentin fərdi təqaüdçüsü Muxtar Axundov, Azərbaycan Dövlət Dəniz və Liman agentliyini sədr müavini olmuş Şahlar Məmmədov, gəmi kapitanları Ramiz Hüseynov, Atəş Cavadov, Xoşgün Əzimov, Cavanşir Rəcəbli, Fərhad Allahverdiyev, Rita Rzaquliyeva, Asif Orucov, Hidayət Atakişiyev, Vafadar İbrahimli və başqaları çıxış edərək Faiq Balabəyli yaradıcılığının fərqli tərəflərindən danışıblar, yubilyarı təbrik ediblər.

Tədbirin sonunda Faiq Balabəyli çıxış edərək iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Tural Balabəyli
525.az


Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar
Faiq Balabəylinin 60 illik yubileyi keçirilib - Fotolar


Baxış sayı - 625 | Yüklənmə tarixi: 23.03.2024 08:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031