manera.az
manera.az

Kinoyla bağlı yeni layihəyə start verilib

📅 17.03.2024 08:20

Kinoyla bağlı yeni layihəyə start verilib
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" layihəsinə start verilib.

MANERA.AZ xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, layihə Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə milli kino sənətkarlarının yubileyinə həsr olunub.

O qeyd edib ki, layihə çərçivəsində görkəmli və unudulmaz milli kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək.

Belə ki, mart ayından başlayaraq ilk üç ay Xalq artistləri Mirzə Babayevin 110, Rasim Ocaqovun 90, Həsən Məmmədovun 85 illiyinə həsr olunub. Nümayişlər hər həftənin cümə günü saat 15:00-da baş tutacaq.

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxışında Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil.

Mirzə Babayevin nəvəsi Emin Babayev çıxışı zamanı ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, xatırladıb ki, ötən ilin noyabr ayında Heydər Əliyev Sarayında Mirzə Babayevin anım günü keçirilib.

Əməkdar artist Rahib Azəri çıxışında bildirib ki, Mirzə Babayev çox unikal bir insan olub. İfa etdiyi mahnılar, kinolarda oynadığı rollar Mirzə Babayev tərəfindən unikal şəkildə reallaşdırılıb.

Çıxışlardan sonra layihə çərçivəsində rejissor Hüseyn Seyidzadənin Xalq artisti Mirzə Babayevin iştirakı ilə çəkdiyi "Dəli Kür" bədii filmi nümayiş olunub.

Kinoyla bağlı yeni layihəyə start verilib
Kinoyla bağlı yeni layihəyə start verilib
Kinoyla bağlı yeni layihəyə start verilib
Kinoyla bağlı yeni layihəyə start verilib


Baxış sayı - 354 | Yüklənmə tarixi: 17.03.2024 08:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031