manera.az
manera.az

Təsəvvüf şeirimizin dev ismi - Həmid Ormanlı yazır

Təsəvvüf şeirimizin dev ismi - Həmid Ormanlı yazır
MANERA.AZ Həmid Ormanlının "Südüm sənə halal olsun - Şaiq Vəli" yazısını təqdim edir:

Təsəvvüf şeirimizin dev ismi idi Şaiq Vəli. Qoca sufi Şaiq Vəli. Mən Onu tanıyandan qurd ağızlı Şaiq Vəlinin yovşan qoxulu şerlərinin sərxoşu olmuşam. Akif Səməddən sonra Aşıq Nazim Əsədoğlunu, Aşıq Nazimdən sonra da Şaiq Vəlini tapmışdım. İçimə çəkmişdim. Bir eşq idi Şaiq Vəli.

Eşq nə eşq - qəm!
Qəm nə qəm - mey, mey!


Ömrü həvəs idi, həvəsi nəfəs idi, nəfəsi səs idi, səsi ney idi Şaiq Vəlinin. Zülümü zülmət idi, zülməti zühur idi, zühuru nur idi, nuru ay idi Şaiq Vəlinin.

Bir şairi öldürdülər
Bir ölkənin ortasında
Ölkə bilmədi-bilmədi.


Çox sevdiyim Eldar Baxışın dediyi o şair həm də Şaiq Vəlidir. Yox Şaiq ölmədi. Şaiqə öldü demək naşılıq olardı. Şaiq sadəcə ayrıldı bizdən. Ayrıldı, ayrılanda-ayrılıqdan getdi, öldü, öləndə-ölümdən getdi. Yaraları cismini yerə çəksə də, eşqi ruhunu göyə apardı Şaiqin. Şaiqə “oxxaayy!” məqamı yaşatdı.

Ölümündən təxminən 3-5 gün qabaq olardı – son görüşümüz. İşlədiyim zavodda zəhərli iş şəraitinə görə süd verirdilər.Bir aylıq süd normam yenə yığılıb qalmışdı.Şaiqin yanına əliboş getməmək üçün onları da əlimə alıb İbrahim İlyaslının bələdçiliyi ilə mən, Rüstəm Kamal və Məmməd Dəmirçoğlu ilə bacısıgildə yataqda xəstə yatan Şaiqin görüşünə yollandıq.

Gedişimizə çox sevindi. Ara-sıra gətirdiyim süddən içə-içə malicəsindən, başına gətirilənlərdən, yeni kitabının hazırlanmasından danışdı… Zarafatından da qalmırdı. Üzünü mənə tutub özünəməxsus qurd ağızlı avazı ilə dilləndi:

- Südünü halal elə Həmid ORMANLI …

Dostlarla xeyli gülüşdük. O zaman qarşılıq Şaiqin bu zarafatına qarşılıq verə bilməmişdim. Şaiq ölüm ayağında da mərdi-mərdanə, kişi xarakteri ilə, şux zarafatı ilə öz əzəmətini itirmirdi. Yaxın dostu Murad Köhnəqalaynan Şaiqin görüşü isə dəhşət oldu.

Murad içəri girən kimi - hanı ə Şaiq, Şaiq hanı, hanı ə Şaiq deyə Şaiq olan otağa cumanda inanılmaz bir hadisə baş verdi. Şaiq yerindən qalxaraq Muradın üstünə cumdu. Bir-birinə sarışdılar nə sarışdılar!Murad Şaiqdən aralananda özünü toplayıb Şaiqin sinəsinə bir yumruq tutuzdurdu:

- Ölürsənmi, əəə Şaiq? Sən hara ölürsən əəə! Məni qoyub ölmə nə olar? Şaiq qurban olum ölmə. Ölmə əəə, oğraş gədə! Birdən ölərsən haaa. Möhkəm o-ol. Bax belə (Şaiqin üstünü-başını səhmana saldı), oldumu?

Muradın halı Şaiqdən betər idi. Bunu görən Şaiq dilləndi:

- Hara ölürəm ə, axmax-axmax danışma, mən ölsəm Səni kim basdırajax?

Heyif Səndən Şaiq Vəli!

Sən qırımda, sən xarakterdə, sən nəfəsdə şair görən bir də rastımıza çıxacaqmı?

Ruhun şad olsun Şaiq Vəli.

Qorxun ölüm idi – yoxdu,
Mübarək, mübarək!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829