manera.az
manera.az

Qarabağ xalçaçılıq məktəbi _ MANERA.AZ

📅 28.12.2015 16:58

Qarabağ xalçaçılıq məktəbi _ MANERA.AZ

Xəzər Straji Araşdırmalar İnstitunun təşkilatçılığı ilə Xocavənddən olan məcburi köçkünlər üçün Beyləqanda salınmış qəsəbədə təşkil edilən xalçalıq kursları öz uğurlu nəticələrini göstərir.
Layihə çərçivəsində hər birində 20 iştirakçı olmaqla xalçalıq və dərzilik kursları təşkil olunub. Xəzər Straji Araşdırmalar İnstitunun Azərbaycan üzrə koordinatoru Firuzə Tağıyeva layihənin başlamasından üç ay keçməsinə baxmayaraq artıq 15-16 yaşlı qızların xalça toxumağın sirlərinə yiyələndiyini bildirir. - "Qadınlar vardı ki, onlar Xocavənddə həmişə xalça toxuyublar. Onalar işğal nəticəsində öz dəzgahlarını orda qoyub gəldikləri üçün artıq onların burda heç bir dəzgahı, heç bir toxuculuq qurğusu yox idi. Qərar verdik ki, burda yenidən bu işi bərpa edək, onlar yenidən burda xalça toxusunlar."

Xocavənd rayonu Erməni Ordusu tərəfindən işğal olununana qədər bu xalçaların toxunduğu əsas bölgələrimizdən olub. Firuzə xanımın sözlərinə görə, layihə üçün Xocavənddən olan məcburi köçkünlərin məskulaşdığı qəsəbənin seçilməsi təsadüfü olmayıb.

Qarabağ xalçaçılıq məktəbi öz dəsti-xətti və parlaq koloriti ilə seçilir. Bu məktəbin ənənələri yaşatmaq üçün onun gənc nəsil arasında təbliğinə və öyrədilməsinə ehtiyac var. 33 kompozisiyası olan Qarabağ xalçaları yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə sıx, hündür və yumşaq xova malikdir. Əsasən medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli qruplara bölnürlər.

Xocavənddən olan məcbri köçkün gənclər arasında xalça toxumağa maraq artıb. Altı aylıq kursların başa çatmasına üç ay qalsa da təlimə gələnlərin əksəriyyəti artıq Qarabağ arzularını və ümidlərini ilmələrə köçürə bilir. Onlardan biri, 16 yaşlı Ceyhunə Məmmədova arzularını belə ifadə edir: - "Mənə bu gözəl xalçaları toxumağı öyrədən müəllimlərə, bu imkanları bizə yaradnlara öz təşəkkürümü bildirirəm. İnşallah, bu gözəl xalçaları öz doğma vətənimizdə, Qarbağımızda toxuyaq"

Qarabağ xalçaçılıq məktəbi _ MANERA.AZ
Qeyd edək ki, üç ildir ki, fəaliyyət göstərən və mərkəzi İstanbulda yerləşən Xəzər Strateji araşdırmalar İnstitutu nəinki bölgədə, bütün dünyada öz araşdırmaları ilə tanınır. Bu araşdırmalar Xəzər bölgəsinin, o cümlədən Azərbaycanın iqtisadi, siyasi və strateji potensialının öyrənilməsində, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir. Yayım, konfrans, seminar, təlim və atelye fəaliyyətlərindən ibarət dinamik proqramlar izləyərək müzakirə və araşdırmaları təşviq edən HASEN eyni zamanda ictimai şüurun inkişafına dair işlər həyata keçirir.
Qarabağ xalçaçılıq məktəbi _ MANERA.AZ
Qurum Türkiyə-Azərbaycan əməkdaşlığı, Xəzər regionunda vəziyyət, bölgədəki enerji və kommunikasiya layihələri ilə bağlı iş birliyi, potensial imkanların öyrənilməsi istiqamətində tədqiqatlar aparır.

Ramilə QARDAŞXANQIZI


Baxış sayı - 2 302 | Yüklənmə tarixi: 28.12.2015 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031