manera.az
manera.az

Yazıçı Çingiz Hüseynov vəfat edib

📅 09.01.2024 06:18

Yazıçı Çingiz Hüseynov vəfat edib
Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov vəfat edib.

MANERA.AZ xəbər verir ki, bu barədə onun oğlu Həsən Hüseynov məlumat verib.

Qeyd edək ki, 1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı.

Onun “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Doktor N” və s. romanları oxucular tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, yazıçı İsraildə yaşayırdı.


Baxış sayı - 539 | Yüklənmə tarixi: 09.01.2024 06:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930