manera.az
manera.az

Buraxılış imtahanlarının vaxtı açıqlandı

📅 02.01.2024 15:43

Buraxılış imtahanlarının vaxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə bu il keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik)tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytında yerləşdirilib.

Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və gələn il builki imtahan modeli tətbiq olunacaq. DİM digər imtahanların qrafikini gələn ilin yanvar ayı ərzində paylaşacaq.

Buraxılış imtahanlarının vaxtı açıqlandı


Baxış sayı - 589 | Yüklənmə tarixi: 02.01.2024 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031