manera.az
manera.az

Ömər Faiq Nemanzadə haqqında kitab nəşr olunacaq - FOTO

📅 22.12.2023 07:47

Ömər Faiq Nemanzadə haqqında kitab nəşr olunacaq - FOTO
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın Azərbaycan milli mətbuatının inkişafında, türk xalqlarının ictimai və milli şüurunun oyanması, formalaşması prosesində mühüm xidmətləri olan Ömər Faiq Nemanzadə haqqında yazdığı kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən çapa göndərilib.

MANERA.AZ xəbər verir ki, İ.Musayevanın kitabda Ömər Faiq Nemanzadənin həyatı, mühiti, publisistikası, müəllimlik fəaliyyəti, xatirələri haqqında analitik təhlilləri əksini tapıb.

Axısqa türklərinin tarixi, sosial-siyasi, ictimai durumu, Ömər Faiq Nemanzadənin həyatı ilə bağlı mühüm hadisələr, onun müxtəlif mətbu orqanlarda çap olunan bədii-publisistik məqalələrinin mövzu-ideya xüsusiyyətləri, felyeton yaradıcılığı, memuar yazılarındakı tarixi faktlar incəliklərinədək analiz edilib.

Ömər Faiq Nemanzadə haqqında kitab nəşr olunacaq - FOTO


Baxış sayı - 515 | Yüklənmə tarixi: 22.12.2023 07:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031