manera.az
manera.az

Sabirin “Hophopnamə”si Türkiyədə nəşr olunacaq

📅 09.04.2023 16:24

Sabirin “Hophopnamə”si Türkiyədə nəşr olunacaq
Görkəmli Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin “Hophopnamə” adlı seçmə satirik şeirlər toplusu Türkiyədə nəşr olunacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə “Türkiyə İş Bankı” Nəşrlər Evi özünün Twitter hesabında məlumat yayıb.

Nəşriyyat sözügedən nəşrin kütləvi olacağını, həmçinin bu yaxınlarla yayımlanacağını qeyd edib.

Şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə çevirən isə İsa Öztürkdür.

Qeyd edək ki, 1862-ci ilin mayında Şamaxıda anadan olan Mirzə Ələkbər Sabir özündən sonra ədəbi məktəb qoyan ədəbi portretlərdən biridir. Sabirin əsasını qoyduğu Sabiranə şeir tipi özündən sonra da yaşadılmış, Əli Nəzmi, Mirzəli Möcüz, Cəfər Cabbarlı kimi şairlər bu tip şeirlər yazmışlar.

Sabirin ölümündən sonra onun külliyatı dövlət varidatı elan edilib. /apa.az/


Baxış sayı - 421 | Yüklənmə tarixi: 09.04.2023 16:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930