manera.az
manera.az

Ən gənc elmlər doktoru rektor müşaviri oldu

📅 06.12.2023 15:38

Ən gənc elmlər doktoru rektor müşaviri oldu
Sumqayıt Dövlət Universitetində rektor müşaviri vəzifəsinə təyinat olub.

MANERA.AZ xəbər verir ki, bu vəzifə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 2006-cı il məzunu, kimya elmləri doktoru, dosent İsmayıl Teyyub oğlu İsmayılova həvalə olunub.

O, dövlət xətti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yerinə yetirdiyi “Ekoloji əlverişli xammallar əsasında korroziyaya qarşı çoxfunksiyalı, biosid aktivliyinə malik yeni reagentlərin yaradılması” mövzusunda dissertasiya işini “Neft kimyası” və “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları qovşağında 2017-ci ildə 32 yaşında müdafiə edib, kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

İ.İsmayılov elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.

O, ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub.


Baxış sayı - 444 | Yüklənmə tarixi: 06.12.2023 15:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930