manera.az
manera.az

Nizami poeziyasından bəhs edən yeni monoqrafiya işıq üzü görüb

Nizami poeziyasından bəhs edən yeni monoqrafiya işıq üzü görüb
“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlı monoqrafiya işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” adlı monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 374 səhifəlik kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi irsinin bədii-estetik cəhətdən tükənməz olduğu göstərilməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğu bir daha əsaslı şəkildə ortaya qoyulur.

Müəllif xüsusi olaraq vurğulayır ki, dövrün tələbinə uyğun olaraq Şərqin poeziya dilində – farsca yazılan möhtəşəm sənət incilərini, xüsusilə “Leyli və Məcnun”u azərbaycanlaşdıran, daha doğrusu, türkləşdirən səbəb mətnin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərlə əsaslandırılmalıdır.

Bu problem təkcə “Xəmsə” müəllifinin gəncəli türk oğlu olması ilə məhdudlaşır, yoxsa başqa daha əsaslı səbəblərdən irəli gəlir?.. Kitabın ayrı-ayrı bölmələrində bu sorğuya cavab verilir və Nizami poeziyasının gizli, görünməyən qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açılır.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031