manera.az
manera.az

Bakıda Türk Dünyasının Yumor Festivalı keçiriləcək

📅 22.11.2023 06:39

Bakıda Türk Dünyasının Yumor Festivalı keçiriləcək
Dekabrın 2-də Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində baş tutacaq.


Baxış sayı - 447 | Yüklənmə tarixi: 22.11.2023 06:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930