manera.az
manera.az

Təhsil Şöbələrinə yeni müdir təyinatı

📅 21.11.2023 16:51

Təhsil Şöbələrinə yeni müdir təyinatı
Babək rayonunun Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

***

Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ayşən Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.


Baxış sayı - 394 | Yüklənmə tarixi: 21.11.2023 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031