manera.az
manera.az

Naxçıvan Teatrı Bakıda tamaşa göstərəcək

📅 18.11.2023 19:10

Naxçıvan Teatrı Bakıda tamaşa göstərəcək
Naxçıvan Dövlət Milli Dram Teatrı Bakıda “Edama məhkumun son günü” (Viktor Hüqo) tamaşasını noyabrın 20-də, saat 18.00-da təqdim edəcək.

Teatr Xadimləri İttifaqından MANERA.AZ-a bildirilib ki, tamaşa Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Səyyad Bayramovdur.

Tamaşa Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində nümayiş ediləcək.

Tamaşaya giriş sərbəstdir.

(Ünvan: Bakı şəhəri, Xaqani küçəsi,.16, Aktyor evi, I mərtəbə).


Baxış sayı - 292 | Yüklənmə tarixi: 18.11.2023 19:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031