manera.az
manera.az

Qaçıram küçə-küçə öz kimliyimdən - Şeirlər

Qaçıram küçə-küçə öz kimliyimdən - Şeirlər
Şəfa Yusifova (Şəfa Yusifli) - Xəzər Universitetinin Kimya və Biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi.

MANERA.AZ gənc imza Şəfa Yusiflinin şeirlərini oxuculara təqdim edir:

İlk müalicələr...

İçimi qarış-qarış gəzən bir qorxu,
Bir ritimsizlik var bu ritimli ruhumda.
Minlərlə adamın getdiyi yolu,
Tənhaca izləyirəm günəş batımında .

Düşüncələrimin hiss etdikləri,
Uyuşmur bu dünyanın şablonlarına.
Şeirlərimdəki ürək döyüntüləri,
Yansımır heç bir xəstəxana cihazlarına.

Hər gün suallarla qıvrılan beynimi,
Çevirirəm cavabsız suallar məzarlığına.
Bilgəlik deyilən o ağır xəstəliyi ,
Bağlayıram insanların səfeh inanclarına.

Bir fincan isti qəhvəni qoxlayıb,
Bir şeylər qeyd edirəm not dəftərimə.
“Bu gün yenə yorğunam” yazıb,
Heyran oluram xəstə düşüncələrimə.

Qürur və cəhənnəm

Ölümü çətin, unutmağı asan sananlar,
Saf sevgi şərabın heç dadmayanlardır.
Bir dəfə ya hər gün ölmək, bu qayğılar
Sevgisizliyin vücud tapmış halıdır.

Çatlı dodaqlardan tökülən şirin sözlər ,
Sevginin qəlbdən dilə nüfuzunun nişanıdır.
Bəs yaxşı, ayrılığı ifadə edən kəlmələr
Dilin ya qəlbin, axı de hansının günahıdır?

Qanadı qırıq quş tək köməksiz sevgilər,
Qürurun cəhənnəmədək yolunu salır.
Nifrətlə dolu, sevgi həsrəti çəkən gözlər ,
Ağrıdan qıvrılan qəlbə kor kimi davranır.

Yetim uşaq tək ağlayan qara buludlar
Nə yerə, nə göyə sığmayan nağılıdır.
Yağışda islanıb, təmizlənən könüllər,
Əvvəlki tək gülüstan olmaq əvəzinə,
Yenidən düşmən kəsilməsə yaxşıdır.


***
Sözlərin törətdiyi cinayətlərə,
Qatillərin çatmağına çox var.
Bir ruh ya bir bədəni öldürmək
İkisi arasında en qədər fərq var.

Silah yarasının gücü nədir ki,
Bir məlhəmin mərhəmətinə bənd.
Söz yarasının izlərini görünməzki,
İçi təzə qanlı, üstü isə sərt.

Qatil deyil, İnsan öldürür insanı
Hər baxış, hər söz , hər addımda
Görən var nə cəsədi, nə də məzarı
Məzarlar gizlənib göz yaşlarında.

Hər gecə bir stol qaçır ayaqdan,
Əcəl ipinin izləri qalır şah damarda
Sonra bir parça məktub qovuşdurur
Bədənlə ruhu cəhənnəm alovlarında.

Şayələr işarə edir əxlaqsızlığa
Qeybətlər gəzir ortalığı qarış-qarış.
Gözlər dikilir başqa bir qurbana,
Sözlər yenə bir kəfənə vurur naxış.

Düşüncələr danışır

Süzülür gözlərimdən qərarsızlıq
Yol gedirəm, ünvan bilmədən
Düşüncələr rəqs edir dolaşıq,
Uzun yol susur deyinmədən.

Nə zaman itirmişəm özümü?!
Hansı sözdə, hansı lal küçədə?
Necə öldürmüşəm özümü?!
Hansı şeirdə, hansı sətirdə?

Bir bədəndə sanki iki ruh ,
Bu dünyanı iki yol yaşayıram
Bir gözdə sevgi, birində nifrət ,
İki hissi eyni anda dadıram.

Uzağam tanımadığım məndən
Hər dəfə bir libas geyinirəm.
Qaçıram küçə-küçə öz kimliyimdən
Öz xəyalımdan yad kimi keçirəm.

Axtarıram insanların gözündəki məni
Oluram onların yaratdığı əsər.
Sürü ilə uçan, bi xəbər qağayı kimi,
Məndə böyük heçlikdən bir nəfər.

Bu yazdıqlarım deyil üsyan,
Mən üsyan edəcək səsimi tapmıram.
Bəlkə bu bir fəryaddı ruhumdan,
Mən o ruhumu sevməyi bacarmıram.


***
Bəlkə sabah, bəlkədə sabahdan daha yaxın,
Səndən sonra artıq qədrini bilirəm hər anın.
Bəzən bir il kimi gəlir keçməyi bir saatın,
Bəzəndə gecə tələsir açılmağı üçün sabahın.

Sabahlar ,ah bu sabahlar heç tələsməz,
Hər kəs tələsər, heç kəs səbəbini bilməz.
Başqa bir sabah üçünmüdür bu bilinməz?
Sən bilirsən, mən bilirəm ,amma dilə gəlməz.

Bir sabah görsən məni dəniz kənarında,
Bil o sabah sən gələrsən deyə varam orda.
Əgər bir gün heçkim görünməsə o qayalıqda,
Axtar məni həmin sabahın mavi səmasında.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031