manera.az
manera.az

Bakıya qonaq gələn türkoloq alim qəzada öldü

📅 17.11.2023 06:25

Bakıya qonaq gələn türkoloq alim qəzada öldü
AMEA-nın dəvəti ilə konfransda iştirak üçün Bakıya qonaq gəlmiş tanınmış türkoloq alim, professor, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu yol qəzasında dünyasını dəyişib.

MANERA.AZ xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

1956-cı ildə Borçalıda anadan olmuş Arif Acaloğlu BDU filologiya fakültəsini bitirib. 1982-ci ildə AMEA Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi olub. 1983-1986-cı illərdə Estoniyanın Tartu Universitetində semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında Türkiyəyə köçüb. Uzun müddət Bilgi Universiteti, Yeditepe Universitetində müəllim işləyib. Akademik və siyasi araşdırmalar, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr müəllifidir. 30-dan çox kitabı tərcümə edib.

Allah rəhmət eləsin!




Baxış sayı - 397 | Yüklənmə tarixi: 17.11.2023 06:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930