manera.az
manera.az

Professor Teymur Əhmədov vəfat edib

Professor Teymur Əhmədov vəfat edib
"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.

Manera.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Bildirib ki, T. Əhmədov bu gün səhər saatlarında koronavirusdan dünyasını dəyişib.

Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib (1949-1954). Eyni zamanda 1954-1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1961-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə edib.

1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1990), 1988-ci ildən aparıcı elmi işçi olub. 1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru olub.

1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru idi.

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2002-ci ildə "Tərəqqi" medalı, 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. /apa.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031