manera.az
manera.az

Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar

📅 14.11.2023 12:22

Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar
Uşaq yazıçısı Mina Rəşidin yenicə işıq üzü görən “Zəfərdir mənim adım” adlı şeirlər kitabının imza günü keçirilib.

MANERA.AZ xəbər verir ki, imza günü 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.

“Təhsil” nəşriyyatında çap olunmuş kitabda müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər toplanıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı olan Mina Rəşidin indiyədək 8 kitabı işıq üzü görüb.

Onlardan 6-sı məhz uşaq ədəbiyyatına aiddir. Onun yeganə nağıl kitabı Türkiyədə “Asmaltı” nəşriyyatının hesabına çap edilib.

Mina Rəşid bir çox ədəbi müsabiqələrin, o cümlədən, Mədəniyyət Nazirliyinin 2020-ci ildə keçirdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə esse janrı üzrə 1-ci yerin qalibi olub.

Xatırladaq ki, Mina Rəşidin atası Birinci Qarabağ mühribəsinin mülki şəhidi, iki qardaşı isə qazidir.

Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar
Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar
Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar
Mina Rəşidin yeni kitabının imza günü keçirilib - Fotolar


Baxış sayı - 597 | Yüklənmə tarixi: 14.11.2023 12:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031