manera.az
manera.az

Xalq rəssamı "Şöhrət" ordeni ilə təltif edildi - Sərəncam

📅 12.09.2023 12:39

Xalq rəssamı "Şöhrət" ordeni ilə təltif edildi - Sərəncam
Prezident İlham Əliyev Xalq rəssamı Tofiq Ağababayevlə bağlı Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncamla Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, sentyabrın 8-də T. Ağababayevin 95 yaşı tamam olub.

Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.


Baxış sayı - 323 | Yüklənmə tarixi: 12.09.2023 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930