manera.az
manera.az

Nazirdən əmr: Dərslər bu tarixdə başlayacaq

📅 12.09.2023 12:20

Nazirdən əmr: Dərslər bu tarixdə başlayacaq
2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.


Baxış sayı - 455 | Yüklənmə tarixi: 12.09.2023 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031