manera.az
manera.az

Magistraturaya əlavə yerləşdirmə başlayıb

📅 28.08.2023 15:00

Magistraturaya əlavə yerləşdirmə başlayıb
Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start verilib.

Bu barədə MANERA.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 4-ü saat 18:00-da yekunlaşacaq.


Baxış sayı - 433 | Yüklənmə tarixi: 28.08.2023 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930