manera.az
manera.az

Universitetlərə qeydiyyat başlayıb

📅 04.09.2022 10:34

Universitetlərə qeydiyyat başlayıb
Sentyabrın 2-də 12:00-dən etibarən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verildi.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, abituriyentlər //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.


Baxış sayı - 359 | Yüklənmə tarixi: 04.09.2022 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930