manera.az
manera.az

"Ulduz"un yeni nəsil yazarlara həsr olunmuş iyun sayı

📅 05.07.2023 06:15

"Ulduz"un yeni nəsil yazarlara həsr olunmuş iyun sayı
"Ulduz" jurnalının gənc yazıçılara həsr olunmuş iyun nömrəsi çap edilib.

MANERA.AZ xəbər verir ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn dərgi "Yeni nəsil: proza" devizi altında çapdan çıxıb.

Dərginin sözügedən nömrəsində yeni nəsil yazarlardan Furqan, Orxan Saffari, Təvəkkül Boysunar, Orxan Cuvarlı, Sərdar Amin, Nihat Pir, Həmid Piriyev, Orxan Həsəni, Rəvan CavidNadir Yalçının müxtəlif məzmunlu hekayələri, eləcə də şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesi yer alıb.

"Dərgidə kitab" rubrikasında türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar tərcümə edib.

"Dərgidə sərgi" rubrikasını isə 10 yaşlı Əzizə Bəhruzlunun rəsmləri bəzəyir.


Baxış sayı - 566 | Yüklənmə tarixi: 05.07.2023 06:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930