manera.az
manera.az

Yeni ilin ilk “Ulduz”u

Yeni ilin ilk “Ulduz”u
Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” dərgisinin ilk sayı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, dərgi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri ilə açılır.

"Nəsr"də Şəfa Vəlinin "Hər şeyi sevən adam", Tural Atəşin "Sərhəd uzaqdaydı", Aydın Tağıyevin "Qisas", "Məhəbbət dərsi", "Yuxu", "Alabaş" hekayələri, eləcə də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar" essesi yer alıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Şairdən adama qul olmaz axı" yazısı şair Akif Səmədin zəngin yaradıcılığına işıq tutur.

"Şeir vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin Xaqani Əmininin qəzəlləri təqdim edilib.

"525-ci qəzet" və "Ulduz" dərgisinin ortaq layihəsi olan "Ustad dərsləri"nin budəfəki mövzusu "Naturalizm cərəyanı"dır. Professor Məti Osmanoğlunun hazırladığı rubrikanın ikinci hissəsində Emil Zolyanın "Eksperimental roman" yazısı yer alıb.

"Türk eli" rubrikasında Təranə Vahidin uyğunlaşdırmasında özbək yazıçısı və dramaturqu Javlon Jovliyevin "Buxara, Buxara, Buxara..." hekayəsi, "Tərcümə saatı”nda isə Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin "İşarətçi" hekayəsi dərc edilib.

"Kitab köşkü"nü, müvafiq olaraq, fəlsəfə doktoru Nizami Novruzovun təqdimatında Həsən Bayramovun "İrəvan Müəllimlər Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması", Afiq Fərzəlinin təqdimatında isə ""Rəsmiyyə Sabirin "Zindan sevinci"" yazıları bəzəyir.

Oxucular "Qısa fikirlər xəzinəsi"ndə Uinston Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat Asya və başqa dühaların ibrətamiz fikirləri ilə tanış olacaq.

Nəhayət, "Dərgidə kitab"da Vəfa Mürsəlqızının hekayələri, "Dərgidə sərgi"də isə gənc rəssam Nigar Mustafayevanın rəsmləri təqdim edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031