manera.az
manera.az

"Ulduz"un fevral-mart nömrəsində..

"Ulduz"un fevral-mart nömrəsində..
"Ulduz" jurnalının fevral-mart nömrəsi işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, ilk olaraq oxucular Nemət Mətinin özü ilə söhbətini və hekayələrini oxumaq imkanı əldə edəcəklər.

"Nəsr" rubrikasında Mübariz Cəfərlinin "Oyanma" və İlhamə Nasirin "Bir kəlmə söz" hekayələri yer alıb. Gənc sənətşünas Gülturanın "Rənglərdə gizlənən dil" yazısı, eləcə də Qulu Ağsəsin müharibə və təbii fəlakətlərin insanlığa yaşatdığı məşəqqətləri özündə ehtiva edən "Savaş - qardaşın başqa adıdır və yaxud İn god we trust..." essesi də maraqla qarşılanacaq.

Taleh Mansurun təqdim etdiyi "Yazı masası"ının budəfəki qonağı ədəbiyyatşünas alim Rüstəm Kamaldır. "Şeir vaxtı"nda Qəmər Sözayın, Sevinc Qəribin, Cəmil Cəmilbəylinin, Müxəmməd Haqverdinin müxtəlif mövzulu şeirləri, həmçinin Əyyub Türkayın uşaq şeirləri dərc edilib.

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi kimi professor Məti Osmanoğlunun hazırladığı növbəti "Ustad dərsi"ndə Şarl Sent-Bövün "Klassik kimdir?" sualına cavab axtarılır. Xuraman Hüseynin "Hələ nələr yazmalıyam mən, nələr" sərlövhəli yazısında Rəşad Məcidin müxtəlif səpkili şeirlərinin geniş təhlili aparılır. Vaqif Yusiflinin "Gənc şairlər, sözüm sizədir" başlıqlı tənqidi yazısında isə gənc yazarlardan Elvin İntiqamoğlunun, Gülay Tahirlinin, Elvin Nurinin, həmçinin Valeh Qocanın "Ulduz" jurnalının fərqli nömrələrində işıq üzü görmüş şeirlərinə nəzər salınır, müəlliflərə tövsiyə və məsləhətlər verilir. Yazıçı Seyran Səxavətin "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" yazısı televiziya və mətbuatdakı dil problemlərinə həsr edilib.

"Ədəbiyyat üzrə Nobel mükafatı laureatları" seriyasından növbəti yazıda İlham Abbasovun təqdimatı ilə Yohannes Yensenin həyat və yaradıcılığına nəzər yetirilir, ədibin aforizmlərindən nümunələrə yer verilir. "Dərgidə kitab" rubrikasında kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin məşhur "Qarda sənin qan ləkən" hekayəsi təqdim edilib. Hekayəni orijinaldan Məmməd Məmmədli məxsusi olaraq "Ulduz" jurnalı üçün tərcümə edib. Nəhayət, "Dərgidə sərgi" rubrikasını gənc rəssam Ülya Orucovanın rəsmləri və əl işləri bəzəyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930