manera.az
manera.az

100 tələbəyə "Heydər Əliyev təqaüdü" veriləcək - 3000 manat

📅 24.06.2023 12:36

100 tələbəyə "Heydər Əliyev təqaüdü" veriləcək - 3000 manat
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Baxış sayı - 788 | Yüklənmə tarixi: 24.06.2023 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930