manera.az
manera.az

Qax və Zaqatalada Qəşəm Nəcəfzadə ilə görüş - Foto

📅 22.06.2023 08:13

Qax və Zaqatalada Qəşəm Nəcəfzadə ilə görüş - Foto
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Ziyalı nəsihəti" layihəsi çərçivəsində növbəti tədbir Qax və Zaqatala rayonunlarında baş tutub.

MANERA.AZ xəbər verir ki, bölgə gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan bu görüşlərin növbəti qonağı Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə olub.

Şair tədbirdə yeni şeirlərini oxuyub, gənclərin çoxsaylı suallarını cavablandırıb, onlara yeni kitablarını bağışlayıb.

Bölgə yazarlarının şeirlərini dinləyib, onlara məsləhətlər verib.

Görüşdə Qax və Zaqatala rayonlarının icra hakimiyyətlərinin birinci müavinləri iştirak edib.

Qax və Zaqatalada Qəşəm Nəcəfzadə ilə görüş - Foto


Baxış sayı - 381 | Yüklənmə tarixi: 22.06.2023 08:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31